Manyak aparıcıdan əl çəkmir

Manyak aparıcıdan əl çəkmir
10:22 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Maksim Qalkin həyatından narahatdır.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, şoumen əvvəllər rastlaşmadığı problemlə üzləşib. Məlum olub ki, artistin heyranlarından biri uzun illərdir onu izləyir. Orta yaşlı kişi tədbirlərdən birində Qalkinə yaxınlaşaraq onunla şəkil çəkdirmək istədiyini bildirib. Daha sonra Qalkindən ona ev bağışlamağı xahiş edib. Hərəkətlərini idarə edə bilməyən kişi yalvarmağa başlayıb.

Onun hərəkətlərindən qorxan Qalkinə mühafizə xidməti yardımçı olub.
Tədbirdə olan jurnalistlərə açıqlama verən gizli heyran ən böyük arzusunun Qalkinlə birgə yaşamaq olduğunu bildirib.
 
"Maksim və Alla boş yerə israf edirlər. Mən onların evində yaşasam, həm bağbanlıq edərəm, həm santexnika işlərinə baxaram, həm də təmizlik işlərinə nəzarət edərəm. Pul da istəmirəm. Sadəcə, arada bir Qalkinlə çay içib söhbət etmək istəyirəm".

Şoumen isə heyranını xəbərdar edib. Belə ki, bir daha ona yaxınlaşdığı təqdirdə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR