Gülləbarandan sonra qayıtdılar - FOTO

Gülləbarandan sonra qayıtdılar - FOTO
10:47 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Noyabrın 13-də Parisdə törədilmiş 7 teraktda 130 nəfər həlak olmuş, 320 nəfər yaralanmışdı. Bu teraktlar arasında ən dəhşətlisi, ən qanlısı "Bataclan" konsert zalında törədilmişdi.

ABŞ-ın "Eagles of Death Metal" qrupunun konserti zamanı zala soxulan terrorçular qarşılarına çıxan hər kəsə atəş açmışdılar. Terrorçular zalda 90 nəfəri güllələmişdilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən "Eagles of Death Metal" qrupu fəaliyyətini bərpa edib.

Qrup Parisdəki "Accorhotels Arena"da məşhur U2 ilə birlikdə səhnəyə çıxıb.

U2-nun solisti Bono söyləyib: "Onlar üç həftə əvvəl vəhşətə məruz qaldılar. İndisə onlarla birlikdəyik, bizimlə birlikdə çıxışı təklif edirik".

Bunu deyən Bono "Eagles of Death Metal"ın frontmeni Cessi Hyuzu qucaqlayıb.

"Paris, səni sevirik və heç zaman rokun məğlub olmasına imkan verməyəcəyik", - Hyuz söyləyib.

U2 və "Eagles of Death Metal"in solistləri Patti Smitin "People Have the Power" mahnısını birlikdə ifa ediblər.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR