Nə maaş verirlər, nə də bəyənirlər

Nə maaş verirlər, nə də bəyənirlər
10:47 8 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev "Karşıyaka"dan ayrılır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağayev artıq Türkiyə klubuna lazım deyil.

Buna səbəb digər qapıçı Ersin Aydının son turlarda özünü yaxşı tərəfdən göstərməsidir. Yığmamızın qolkiperi icazə aldığı üçün Vətənə döndüyündən, məşqçilər korpusu son vaxtlar məcburiyyətdən Aydına şans verib. Ardıcıl məğlubiyyətlərdən sonra "Balıkesirspor"la ötən tur matçında ilk dəfə çərçivədə dayanan 25 yaşlı qolkiperin qurtarışları sayəsində "Karşıyaka" 1 xal (0:0) qazanmağı bacarıb.
 
Mövsümün əvvəlində III liqa təmsilçisi "Darıca Gənclərbirliyi"ndən 120 min lirəyə alınan Ersinə artıq "Karşıyaka"nın əsas qapıçısı gözü ilə baxılır. Yerli fanatlar da "Balıkesirspor"la görüşdən sonra onu alqışlarla yola salmaqla razılığını göstərib.
 
Həm məşqçilər korpusunun, həm də rəhbərliyin Aydına inamı Kamran Ağayevin klubdan ayrılması ilə nəticələnəcək. Türkiyə mətbuatı PTT I liqa təmsilçisinin Ağayevi artıq komandada görmək istəmədiyini yazıb. Hətta bu gün İzmirə qayıtması gözlənilən Kamranın müqaviləsinin ləğv ediləcəyi də xüsusi vurğulanıb.
 
Qeyd edək ki, Kamran Ağayev 3 aydan çoxdur maaş almadığı üçün artıq azad agent statusu daşıya bilər. Onunla yanaşı, digər 4 əcnəbi futbolçunun da yüksək məvacib aldığı üçün yola salınması gözlənilır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR