Tehranda İran-Azərbaycan forumu keçiriləcək

Tehranda İran-Azərbaycan forumu keçiriləcək
11:02 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 21-23-də Tehran şəhərində İran-Azərbaycan biznes forumu keçiriləcək. Forumda iştirak etmək üçün Azərbaycanın biznes nümayəndə heyətinin İrana səfəri planlaşdırılır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "Report"a daxil olan məlumatda bildirilir.
Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Azpromo iş adamlarını Azərbaycan nümayəndə heyətinin tərkibində qeyd olunan səfərdə iştiraka dəvət edir.
Tədbirlə bağlı əlavə məlumat almaq, habelə vaxt məhdudluğunu nəzərə alaraq, forumda şirkətini təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48, daxili: 119,120,123,108, e-mail: govchuyev@azpromo.az;) göndərmək lazımdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR