Xəzərdə neftçiləri bütün gecə axtardılar, yanğın davam edir

Xəzərdə neftçiləri bütün gecə axtardılar, yanğın davam edir
11:05 8 Dekabr 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.

APA-nın məlumatına görə, gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib.

Səhər tezdən isə axtarışlara helikopterlər də qoşulub.

Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.

Qeyd edık ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR