Şəhəri su bassa da, toy etdilər - FOTO

Şəhəri su bassa da, toy etdilər - FOTO
11:12 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Britaniyanın Kambriya vilayətində "Desmond" qasırğası sakitləşmək bilmir. Güclü külək, leysan yağışları, sel və daşqınlar on minlərlə insanın evlərindən təxliyyə edilməsi ilə nəticələnib.
Fəqət, 31 yaşlı Ceymi Treynor və 29 yaşlı Hayli Kuns təbii fəlakətə rəğmən, toylarını təxirə salmayıblar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kambriyadakı Uindermir şəhərindəki toyda bəylə gəlin uzunboğaz rezin çəkmələr geyinmişdilər.
37 yaşlı toy fotoqrafı Tiri Douson da bəylə gəlinin yaxşı fotolarını çəkmək üçün bəzən sinəsinədək suyun içinə girmək məcburiyyətində qalıb.
Qonaqlar isə toya traktorlarda və ciplərdə yollanmışdılar.
 

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR