Bakıda axtarışda olan 3 nəfər tutuldu

Bakıda axtarışda olan 3 nəfər tutuldu
11:14 8 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda axtarışda olan şəxslər tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Fuad Məhərrəmov, Səbail rayon 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Mərdan Əsədullayev və Xətai rayon Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Qurban Naməzəliyev tutulub.

 

Hər bir faktla bağlı araşdırma aparılır.  

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR