O qeyd edib ki, səhər saatlarından helikopterlər axtarış işlərinə başlayıb. "Helikopterlərin işə cəlb olunması ümid verir ki, neftçilərin tapılması istiqamətində nəticə əldə olunacaq". Baş mühəndisin sözlərinə görə, FHN-nin 4 helikopteri və Sərhəd Mühafizə Xidmətinin iki helikopteri və 5 gəmisi cəlb olunub.
"Neft daşları" yatağında itkin düşmüş 3 nəfərin axtarışı 3 istiqamətdə davam etdirilir. Axtarış Geofizika gəmisi, helikopter və dalğıclarla aparılır. O qeyd edib ki, yanğının söndürülməsi ilə əlaqədar işlər 24 saat davam edib. "Hazırda tərtibat meydançanın üzərinə yerləşdirilib, onun quraşdırılması həyata keçirilir. Yeni gəmi cəlb olunub. Saatda 1500-2000 kubmetr su vurma gücündə olan nasos quraşdırılacaq. Yanğın hazırda bir neçı qaz quyusunda davam edir".