Naxçıvan xanlığının bayrağının mulyajı Tarixi Muzeyinə hədiyyə edilib

Naxçıvan xanlığının bayrağının mulyajı Tarixi Muzeyinə hədiyyə edilib
11:22 8 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib. 
AMEA-dan "Report"a verilən xəbərə görə, mulyaj Rusiyanın Sankt-Peterburq şəhərindəki Artilleriya, Raket qoşunları və Rabitə qoşunları Hərbi-Tarixi Muzeyində qorunan Naxçıvan xanlığının dövlət bayrağının tam oxşarı olaraq hazırlanıb.
Qeyd edək ki, Rusiya muzeylərində Naxçıvan xanlığına aid bayraqları ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov aşkar edib.


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/naxcivan-xanliginin-bayraginin-mulyaji-tarixi-muzeyine-hediyye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR