Ev satışı ilə bağlı vergi məbləği açıqlandı - FOTO

Ev satışı ilə bağlı vergi məbləği açıqlandı - FOTO
11:27 8 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az "Marja"ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Vergilər Məcəlləsinə edilən son əlavə və dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə görə, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər məbləğdən asılı olamayaraq sadələşdirilmiş verginin ödəyicisidir. Burada fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin hədiyyə, maddi yardım və miras, dövlətin torpağı alması qarşısında verdiyi kompensasiya, əmlak ər və arvad arasında verildikdə və ya keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi halları istisnadır.

Vergi binanin yerləşdiyi ərazidən asili olacaq

Yuxarıda qeyd edilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat baza vergi məbləği müəyyən olunub. Ödəniləcək vergi bu məbləğə (15 manata) zonalar üzrə müəyyən olunmuş əmsalın vurulması ilə hesablanacaqdır. Bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə (15 manata) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq 1,2 - 4 intervalında əmsallar tətbiq olunur. Yəni, əmlakın yerləşdiyi zonadan asılı olaraq 15 manat bu əmsallara vurulacaq.

Vergi notariusda ödəniləcək

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius vergini tutaraq dövlət büdcəsinə ödəməyə borcludur.

Bina tikənlər vergini belə ödəyəcək

Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Belə şəxslər dedikdə, özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər başa düşülür. Həmin şəxslər tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu (ƏDV yoxsa sadələşdirilmiş) barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Bu vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla müəyyən edilmiş baza məbləğə əmsallar tətbiq edilməklə hesablanır.

Əmsallar aşağıdakılardır

İstər şəxsin mülkiyyətində, istərsə də yeni tikilən olsun, bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə (bina tikənlər üçün 45 manat, öz mülkiyyətində əmlakı olanlar üçün 15 manat) Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan (Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini bir ay müddətində müəyyən ediləcək) asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5".

Tutaq ki, sizin satacağınız əmlak 2-ci zonada yerləşir. Bu zaman mənzilin 1 kvadratmetri üçün 45 manat vergi ödəməli olacaqsınız (3 x 15=45). Əgər mənzili tikinti şirkəti satırsa, bu zaman hər kvadratmetr üçün 135 manat vergi ödənilməlidir (3x45=135 manat).

Mənzillər bahalaşa bilər?

Əmsallara görə, deyə bilərik ki, gələn ilin yanvar ayından Bakıda zonadan asılı olaraq yeni binalarda mənzillərin 1 kvadratmetrinin qiyməti 54-180 manat civarında bahalşa bilər. Təkrar bazarda isə mənzillərin hər kvadratmetrinin qiyməti 18-60 manat civarında qalxa bilər. Amma qiymətlərdə artım da olmaya bilər. Çünki tikinti şirkətləri ƏDV və digər vergilər şəkilində ödənişləri indi də edirlər. Sadəcə verginin ödəniş forması dəyişdirilərək təkmilləşdirilir.

Obyektlərin hər kvadratmetrinə görə 22,5 və 67,5 manat ödəniləcək

Binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi baza məbləğə (tikinti şirkətləri üçün 45 manat, əhali üçün 15 manat) 1,5 əmsal tətbiq edilməklə hesablanır. Yəni əgər qeyri-yaşayış sahəsini binanı tikən şirkət satırsa, bu zaman obyektin hər kvadratmetrinə görə 67,5 manat, əgər kimsə mülkiyyətində olan öz şəxsi obyektini satırsa 22,5 manat sadələşdirilmiş vergi ödəyəcəkdir.

Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir

Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Amaliya Pənahovadan sonra Samirə də BUNU ETDİ... - VİDEO

22 Sentyabr 2017 14:03

"Nar"ın xüsusi kampaniyası davam edir

22 Sentyabr 2017 14:02

Erməni deputat: "Bakıda gəzib baxacağıq ki, erməni irsi necə qorunub”

22 Sentyabr 2017 13:59

Nizami Kino Mərkəzində yeni təyinat olub

22 Sentyabr 2017 13:57

Hacı Əliyev: "Şəxsən o insanlar məni qıcıqlandırır" - VİDEO

22 Sentyabr 2017 13:57

Bank Ombudsmanı ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu arasında görüş keçirilib

22 Sentyabr 2017 13:57

Roza Qazaxıstanda kimlə görüşüb? - FOTOLAR

22 Sentyabr 2017 13:54

Hər həftə 150 dəqiqə bunu ETSƏNİZ... - Alimlərdən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2017 13:53

Stiven Cerrard, Frenk Lempard və Hari Spidin adları İngiltərə futbolunun Şöhrət Zalına daxil edilib

22 Sentyabr 2017 13:52

"Faytonçu" Nazim efirdə jurnalistlə dalaşdı - VİDEO

22 Sentyabr 2017 13:49

ADO-da növbəti YARIÇILPAQ SƏHNƏ

22 Sentyabr 2017 13:48

Mirzə Ələkbər Sabirin ev muzeyi sökülüb

22 Sentyabr 2017 13:47

"Sabah Qarabağda müharibə başlaya bilər"

22 Sentyabr 2017 13:46

Milli Məclisdə çıxış edən erməni deputat: “Anam bakılıdır, şəhəri bir az tanıyıram”

22 Sentyabr 2017 13:42

Hicran Hüseynova: "Məişət zorakılığından əziyyət çəkən insanlar üçün yeni müəssisələr tikilməlidir"

22 Sentyabr 2017 13:42

Azərbaycanlı modellərin açıq-saçıq

22 Sentyabr 2017 13:40

Struktur islahatlarından sonra Nazirlər Kabinetindəki şöbə müdirlərinin TAM SİYAHISI

22 Sentyabr 2017 13:39

Xəstənin ağciyərini 5 santımetrlik kəsikdən çıxartdılar - AZƏRBAYCAN TİBBİNİN UĞURLARI

22 Sentyabr 2017 13:38

Avroviziya təmsilçimizdən İDDİALI FOTOLAR

22 Sentyabr 2017 13:33

SOCAR “Qarabağ” yatağında dəniz özülünün yerini müəyyənləşdirib

22 Sentyabr 2017 13:32

Azər Axşam: "Yorulmuşam, baxırsan ki, təklif gəlir..."

22 Sentyabr 2017 13:30

Nyu-Yorkda GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib

22 Sentyabr 2017 13:27

Azərbaycan Mərkəzi Bankı xususi monetar islahatlar proqramı hazırlayıb

22 Sentyabr 2017 13:27

Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı XƏBƏRDARLIQ

22 Sentyabr 2017 13:24

İrandan yeni raket açıqlaması

22 Sentyabr 2017 13:21

Erməni deputatlar Bakıya səfəri haqqında: "Bunlar bizi məmnun edib"

22 Sentyabr 2017 13:19

Sabah Qarabağda müharibə başlayacaq - Erməni MƏNBƏLƏRİ

22 Sentyabr 2017 13:18

Azərbaycanlı ÇSKA - "Mançester Yunayted" oyununda

22 Sentyabr 2017 13:17

Elnarə onu tənqid edənlərə CAVAB VERDİ: “Qıcıq yaradıram”

22 Sentyabr 2017 13:13

Bakı küçələrinə atılan qanlı torbalar nədir?

22 Sentyabr 2017 13:12

Maşının vurduğu piyada 2 ay sonra öldü

22 Sentyabr 2017 13:09

Erməni deputat Bakıda Qarabağ müzakirələrinə etiraz etdi

22 Sentyabr 2017 13:08

İradə İbrahimova yenidən Bakıya və sənətə qayıtdı - FOTOLAR

22 Sentyabr 2017 13:04

Qadın toyuna minlərlə avro xərclədi - ÖZÜ İLƏ EVLƏNİR - FOTOLAR

22 Sentyabr 2017 13:03

“Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq” - Məleykə Abbaszadə

22 Sentyabr 2017 12:59

"Qarabağ" "Sumqayıt"a qarşı - YENİLƏNİR

22 Sentyabr 2017 12:57

Azərbaycandakı sosial müəssisələrdən birində iki yeni ştat yaradılıb

22 Sentyabr 2017 12:57

"Qarabağ"ın rəqibləri arasında 62 milyonluq transfer - RƏSMİ

22 Sentyabr 2017 12:57

25 il əvvəl dünyasını dəyişən məşhur musiqiçinin holoqramması turneyə çıxacaq

22 Sentyabr 2017 12:57

AFFA Bakı klubunu sevindirdi

22 Sentyabr 2017 12:57

BAKI: Müğənni ilə jurnalist arasında efirdə dava

22 Sentyabr 2017 12:56

Şimşək və yağış - Nazirlikdən XƏBƏRDARLIQ

22 Sentyabr 2017 12:54

Sabahdan hava soyuyacaq: yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

22 Sentyabr 2017 12:53

AZAL təhlükəsizlik plombları alacaq

22 Sentyabr 2017 12:52

Avtobus sürücüsünü döyən şəxs tutuldu

22 Sentyabr 2017 12:49

Qəzaya düşən avtomobillər bizə belə satılır...

22 Sentyabr 2017 12:49

Sürətlə arıqladan ARPA YARMASI PƏHRİZİ - İnanılmaz NƏTİCƏ

22 Sentyabr 2017 12:48

Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq

22 Sentyabr 2017 12:47

Yer kürəsinin SİRLİ YERLƏRİ – buralara mütləq getmək lazımdır

22 Sentyabr 2017 12:43

SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb

22 Sentyabr 2017 12:42