Kanada operatoru Suriya qaçqınlarına pulsuz telefon paylayacaq

Kanada operatoru Suriya qaçqınlarına pulsuz telefon paylayacaq
11:31 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Kanadanın yeni liberal hökuməti bu ilin sonunadək ölkəyə 10 min Suriya qaçqınını dəvət etmək qərarına gəlib. Baş nazir Castin Tryudo bütün ölkəni 10 min yeni kanadalının cəmiyyətə inteqrasiyası məqsədilə birləşməyə çağırıb.
 
Kiçik mobil operatorlardan biri “Wind Mobile” Böyük Torontoda bütün qaçqınları əsas rabitə vasitələri ilə təmin edəcək. Onların hamısı pulsuz mobil telefon və ikiillik pulsuz danışıq tarifi alacaq.
 
Hazırda hansı markalı telefonların verilməsi və hansı tarif planlarının tətbiqi məlum olmasa da, bunun adi telefon və səsli zənglər üçün tarif planları olacağı ehtimal edilir. “Lifeline Syria” xeyriyyə təşkilatı ilə birlikdə həyata keçiriləcək layihənin iki il davam etməsi nəzərdə tutulur.  
 
Kanadanın kiçik və gənc operatorlarından biri olan “Wind Mobile” 2008-ci ildən fəaliyyət göstərir. Operator Kanadada "Yak Communications” stasionar rabitə operatorunun sahibi “Globaville” şirkətinin törəmə müəssisəsidir, -  “www.telekomza.ru” yazır. 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40193-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR