“Turkish Fashion Day”da iştirak edən azərbaycanlı model Günay Musayeva apreldə Bakıda təşkil olunacaq moda nümayişində iştirak edəcək. Lent.az-ın məlumatına görə, Günay eyni zamanda sözügedən dəfilənin təşkilatçısı olacaq. O, Türkiyədə modanın yaradıcılarından hesab edilən Yıldırım Mayrukun geyimlərindən ibarət şou təqdim etməyi planlaşdırır. Sərgidə Günayla yanaşı Türkiyənin tanınmış modelləri də iştirak edəcək.