Ərdoğan adını çəkdi, FİDE qovdu

Ərdoğan adını çəkdi, FİDE qovdu
11:32 8 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinovu İŞİD-lə neft alverində vasitəçilikdə suçlamışdı.

Milli.Az AHT-yə istinadən bildirir ki, bununla bağlı olaraq FİDE İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib. Toplantıdan sonra K.İlyumjinov postunda fəaliyyətini dondurduğunu bəyan edib.
Bu qərarın qəbulunda Türkiyə Şahmat Federasiyasının xüsusi rolu olduğu vurğulanır.
ABŞ-ın Maliyyə Nazirliyi də K.İlyumjinovun adını Suriyada hakimiyyətlə əlbir olan şəxslər siyahısına daxil edib.
Kirsan İlyumjinov barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə demişdi: "Bir də Rusiyada məşhur şahmat ustası var İŞİD-lə neft alveri yarışının içində. O adam da neft alveri ilə məşğuldur".

FİDE prezidenti səlahiyyətlərini Yunanıstan Şahmat Federasiyasının prezidenti Georqios Makropulos icra edir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR