ICOC-un İcraiyyə Komitəsinin nümayəndə heyəti Bakıdadır

11:33 8 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Bu səbəbdən də 2017-ci ildə Bakı şəhərində Azərbaycan Xalçasına həsr edilmiş 5-ci Beynəlxalq Konqresin keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konqresin təşkili ilə bağlı Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (ICOC) ali nümayəndə heyəti - baş katib Denis Dodds, akademik komitənin sədri Albertto Boralevi, beynəlxalq komitənin üzvü Yelena Tsaryova və nazirliyin İtaliyada yaşayan eksperti Əsli Səmədova Bakıda səfərdədirlər.
Səfərin məqsədi Bakıda keçiriləcək 5-ci Beynəlxalq Konqres zamanı nümayiş olunacaq muzey və şəxsi kolleksiyalarda qorunub saxlanılan tekstil (xalça, xalça məmulatları, parçalar) nümunələrinin tarixi, bədii, elmi məzmunun və inkişafının öyrənilməsi, keçiriləcək sərgilərin məkanlarının müəyyənləşdirilməsi, həmçinin bu işə cəlb ediləcək yerli ekspertlərlə görüşlərin keçirilməsidir.
Dekabrın 13-dək davam edəcək səfər çərçivəsindən Yelena Tsaryova tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyində xalçaçılıq sənəti üzrə mütəxəssislər üçün seminar-təlimin keçirilməsi, habelə Denis Dodds və Alberto Boralevi tərəfindən də bədii fondları olan muzeylərin əməkdaşları üçün mühazirələrin oxunması nəzərdə tutulub.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycan ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ICOC_un_Icraiyye_Komitesinin_numayende_heyeti_Bakidadir-909220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR