Regionlarda qarın rabitə sahəsində yaratdığı fəsadlar aradan qaldırılır

Regionlarda qarın rabitə sahəsində yaratdığı fəsadlar aradan qaldırılır
12:06 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Quba rayonunda qar rabitə sahəsində bir sıra problemlər yaradıb. Rayonun Aşağı Atuc, Timirzayev, İqrik, Xucbala, Zərdabi, Zərqova, Çiçi kəndlərində 30-dan yuxarı rabitə dirəyi aşıb, 100-dən yuxarı abunəçinin telefon xətləri sıradan çıxıb.
 
Quba Telekommunikasiya Qovşağının rəisi Kamran Əhmədovun verdiyi məlumata görə, hazırda rabitə qəza dəstələri ərazidədir. Təbii fəlakətin vurduğu ziyanın nəticələri qismən aradan qaldırılıb.
 
Bununla belə, Elektron Avtomat Telefon Stansiyaları (EATS) dizel generatorları və akkumulyatorlarla təchiz edildiyindən kəndlərdə elektrik enerjisində baş verən fasilə rabitənin işinə problem yaratmayıb.
 
Lerik rayonuna da  yağan qarın rabitə sahəsinə vurduğu ziyanın nəticələri aradan qaldırılır. Osyodərə, Xanagah, Şivlə, Bülüdül, Tikəban və Çayrud kəndlərində qismən problemlər qeydə alınıb. Osyodərə kəndində rabitə dirəklərinin aşması nəticəsində meydana çıxan problemləri rayon Rabitə qovşağının briqadası aradan qaldırır.
 
Lerik Telekommunikasiya Qovşağının rəisi Vəliyulla Alışov eyni zamanda, Lerik-Lənkəran optik rabitə xəttinin nəzarət altında olduğunu bildirib.
 
Rəvan Soltanov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40195-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR