Azərbaycanda təqribən 30 min əcnəbi sosial sığorta ödəyicisi qeydiyyata alınıb

Azərbaycanda təqribən 30 min əcnəbi sosial sığorta ödəyicisi qeydiyyata alınıb
12:08 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan miqrantların sosial müdafiəsi sahəsində digər ölkələr üçün nümunə ola bilər. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın 25 illiyinə həsr olunmuş büro iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın sosial müdafiəsi sistemi beynəlxalq təcrübədə qəbul edilmiş prinsiplərə əsaslanır: "Azərbaycan 2006-cı ildən ölkə ərazisində işləyən əcnəbilərin sosial sığorta təcrübəsini reallaşdırır. Hazırda 115 ölkəni təmsil edən təqribən 30 min əcnəbi DSMF-nin fərdi içot sistemində qeydiyyata alınıb".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR