Elektron xidmət vasitəsilə 7 mindən artıq telefon çəkilişi xidməti sifariş verilib

Elektron xidmət vasitəsilə 7 mindən artıq telefon çəkilişi xidməti sifariş verilib
12:08 8 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidməti telefon xətti çəkdirmək istəyən vətəndaşların işini asanlaşdırıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, indiyədək “Elektron hökumət” portalı (e-gov.az) üzərindən “Yeni telefon çəkilişi” xidmətindən 7 min 294 dəfə istifadə olunub. Bu xidmət hazırda Bakı şəhəri üçün aktivdir.
Vətəndaşlar “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaqla və onlayn ödəniş etməklə bir neçə dəqiqədə telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni ekrandan seçə bilərlər. Sifariş qəbul olunduqdan sonra 2-3 gün ərzində mənzilə telefon çəkilir. Telefon çəkilişinin tarifi 30 manatdır. Nömrə seçildiyi təqdirdə əlavə haqq ödəmək lazım gəlir.
Qeyd edək ki, “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində dekabrın 20-dək mənzilə eyni zamanda 2 yeni telefon çəkilişinin 1 ədədi, təşkilata eyni zamanda 3 telefon çəkilişinin 1 ədədi ödənişsiz sənədləşdirilir.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR