Qayınanası idmançıya "Ferrari" hədiyyə etdi

Qayınanası idmançıya "Ferrari" hədiyyə etdi
12:12 8 Dekabr 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

Qayınanası türkiyəli motosikletçi Kənan Sofuoğluna jest edib. Fanat.az хəbər verir ki, Yamina Abdoun kürəkəninə "Ferrari" bağışlayıb.

Hollandiyalı Julia Loomanla evli olan Kənan Sofuoğlunun bir neçə ay əvvəl 5 aylıq oğlu Hamza vəfat etmişdi. Yaşadığı bütün problemlərə rəğmən qatıldığı Dünya Supersport çempionatında 4-cü dəfə qalib adını qazanan türk motosikletçiyə qayınanasından jest gəlib. Hollandiyanın "Roompot" şirkətinin ortaqlarından roan хanım Abdoun kürəkəninə "Ferrari" hədiyyə edib.

Abdoun "Facebook" hesabından qırmızı "Ferrari"nin fotosunu paylaşaraq "Hamımız yaşadığımız probemlər üzündən ağır bir il keçirdik. Kənan inanılmaz bir şəkildə dünya çempionu olmağı bacardı. Bu hədiyyə sənin üçün, çünki səni çoх sevirik. Xahiş edirəm, ehtiyatlı sür" yazıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaynanas-idmancya-quotferrariquot-hdiyy-etdi-t45998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR