Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir

Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir
12:12 8 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistanın Cənub Hərbi Dairəsinin (CHD) Erebunidəki hərbi bazasına yeddi ədəd müasir hücum vertolyotu Mi-24p və nəqliyyat vertolyotu Mi-8Mt göndərib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

İlin sonuna qədər helikopterlərin növbəti partiyası göndəriləcək.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanda yerləşən Rusiya CHD aviabazası 1995-ci ildə yaradılıb. 1998-ci ilin noyabrında Rusiya bazaya MiQ-29 çoxhədəfli qırıcılarını yerləşdirib. 2001-ci ilin iyulunda isə Erebunidə yerləşən hərbi hissələrdən aviasiya bazası yaradılıb. Bu baza Gümrüdə yerləşən 102-ci hərbi bazasının hava komponenti kimi fəaliyyət göstərir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR