İŞİD Əfqanıstanı və Liviyanı ələ keçirir

İŞİD Əfqanıstanı və Liviyanı ələ keçirir
12:12 8 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam Dövləti" (İŞİD) terror təşkilatı Əfqanstanın şərqində 4 bölgəni ələ keçirib.
Milli.Az Al Jazeraa-ya istinadən bildirir ki, hücumda İŞİD-in 1500 terrorçusu iştirak edib. Onların silah və hərbi texnika ilə təchizatı "Taliban"la müqayisədə qat-qat üstün səviyyədə olub.
İŞİD onu da bəyan edib ki, "Taliban"ın liderini döyüşdə öldürüb.
Bu arada İŞİD Liviyanın şimalındakı Sirt şəhərinə yiyələnib. Sirti Avropadan sadəcə, Aralıq dənizi ayırır.
Hazırda Sirtdə və onun ətrafında İŞİD-in 5 min terrorçusu var.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR