Yevlax: əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Yevlax: əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
12:23 8 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Yevlax suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonun 39849 hektar əkin sahəsi 1315 kilometr suvarma kanalı və 36 nasos stansiyası vasitəsilə suvarılır. Cari ildə rayonun Salahlı, Cırdaxan, Balçılı və Varvara kəndlərinə xidmət edən magistral suvarma kanalında əsaslı təmir işləri aparılıb. Varvara kəndində yeni nasos stansiyası və xidməti binanın tikintisi başa çatıb. Rayon ərazisində 250 kilometr suvarma kanalı lildən təmizlənib, 1800 metr asma növ kanallar, 1200 metr beton kanallar əsaslı və cari təmir edilib.
Min hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə 11 kilometr beton kanal çəkilib, 50 hidrotexniki qurğu, Səmədabad kəndi ərazisində su kanallarının üzərində 3 körpü-keçid, Meyvəli kəndi ərazisində 600 hektar əkin sahəsinin suvarılması məqsədilə müasir tələblərə cavab verən 2 nasos stansiyası təmir edilib.
Ərəbbəsrə və Meyvəli kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin edən “Füzuli” nasos stansiyasında təmir və bərpa işləri aparılıb.
Rayonda əkinlərin bir hissəsi də subartezian quyuları vasitəsilə həyata keçirilir. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonun Malbinəsi, Rüstəmli və Qaramanlı kəndləri ərazisində 4 subartezian quyusu qazılıb. Yevlax şəhəri ərazisində isə quyunun qazılmasına başlanılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yevlax_ekinlerin_suvarma_suyu_ile_teminati_yaxsilasdirilir-909234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR