“Günəşli” yatağında həlak olanların xatirəsi Moskvada anılıb

“Günəşli” yatağında həlak olanların xatirəsi Moskvada anılıb
12:33 8 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 8 dekabr, AZƏRTAC 
“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsi Rusiyanın paytaxtında da anılıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısına gələnlər arasında səfirliyin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD), Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının nümayəndələri var idi. Onlar faciəli hadisə barədə məlumatların yerləşdirildiyi lövhənin qarşısına gül dəstələri, neftçi dəbilqələri qoyublar.
Çıxış edənlər faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR