Məşhur milyarder müsəlmanlara qarşı çıxdı

Məşhur milyarder müsəlmanlara qarşı çıxdı
12:51 8 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da Respublikaçılar paritiyasından prezidentliyə namizəd milyarder Donald Tramp ölkəyə müsəlmanların buraxılmamasına çağırıb.

ANS PRESS-in məlumatına görə, Tramp bunu ötən həftə ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərindəki 14 nəfərin ölümü ilə nəticələnən fiziki məhdudiyyətli insanlar üçün sosial mərkəzə hücümla əlaqələndirib.

Milyarderin sözlərinə görə, müsəlmanlar Amerikaya nifrət edirlər və milləti zərbə altına qoya bilərlər. "Siyasətçi" hesab edir ki, ABŞ hakimiyyəti insidentlə bağlı araşdırmanı sona çatdırana gədər, sərhədləri bağlamalıdır.

Prezidentliyə namizədin sözlərinə Ağ evdən də reaksiya gəlib. Rəsmi qurum bildirib ki, Trampın ifadələri ABŞ milli maraqlarına ziddir.


Donald Tramp - ABŞ prezidentliyinə namizəd, milyarder


Daha əvvəl Federal Təhqiqat Bürosu San-Bernardinoda 14 nəfəri güllələyən Səid Fərruh və onun həyat yoldaşı Təşfin Malikin insidentdən bir neçə gün qabaq atış dərsləri aldıqlarını açıqlayıb.

Məlumata görə, İŞİD silahlıları San-Bernardinodakı atışmanı alqışlayıblar.

Bu 69 yaşlı Donald Trampın ilk qalmaqallı açıqlaması deyil. Bu ilin iyunun16-da ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü haqda açıqlama verən milyarder meksikalı miqrantları cinayətkar adlandırıb. Onun sözləri dünyada birmənalı qarşılanmayıb. Meksika və Panama hüquqları Trampa məxsus olan “Kainat gözəli” gözəllik müsabiqəsində iştirakdan imtina ediblər. ABŞ-da ispan dilində yayımlanan “Univision” və NBC telekanalı isə bu müsabiqəni yayımlamaqdan imtina ediblər.

“Kainat gözəli”- hər il keçirilən gözəllik müsabiqəsidir. Bu ad uğrunda milli seçimlərin qalibləri mübarizə aparırlar. Müsabiqənin qalibi ilə illik müqavilə bağlanılır və bunun əsasında o reklam məqsədləri bütün dünyanı gəzir.

“Kainat gözəli” müsabiqəsinin keçirilmə hüquqlarını Tramp 1996-cı ildə alıb. Növbəti konkurs 2016-cı ildə Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR