“Olimpiya hərəkatı” proqramı çərçivəsində badminton üzrə Nərimanov rayon birinciliyi start götürüb

13:03 8 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Səxavət Quliyev, AZƏRTAC 
Beynəlxalq Olimpiya Komitəsinin, Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə həyata keçirdiyi “Olimpiya hərəkatı” proqramı çərçivəsində dekabrın 8-də badminton üzrə Nərimanov rayon birinciliyi start götürüb.
AZƏRTAC xəbər verir ki, “ABU Arena”da keçirilən yarışda rayonun 22 məktəbindən 100-dən artıq qız və oğlan şəxsi və qarışıq-qoşa formatda güclərini sınayıblar.
Komandalar arasında birincilik Olimpiya sistemi üzrə keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR