Türk aktrisanın evinə müsadirə

Türk aktrisanın evinə müsadirə
13:05 8 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə çəkildiyi seriallardakı rollarından sonra populyarlaşan aktrisa Vilma Ellesin indi yaşadığı evi müsadirə oluna bilər. Səbəb onun sevgilisi, iş adamı Kerem Gögüşün fırıldaqçılıqda suçlanmasıdır.

Milli.Az AHT-yə istinadən bildirir ki, Kerem Gögüşün inşaat sektorunda fəaliyyət göstərən şirkəti müştərilərə "yeni yaşayış kompleksində lüks mənzillər" təklif edirdi. 
Şirkət yalnız kağızda və maketdə olan mənzilləri satıb, yüzlərlə vətəndaşın pullarını mənimsəyib.
Fırıldaq qurbanı olduqlarını anlayan "müştəri"ləri polisə şikayətlənəndə isə K.Gögüş qaçıb aradan çıxmağa çalışıb.
Gögüş tutulub, məhkəmə onun əmlakına həbs qoyub.
İş adamının V.Ellesə hədiyyə verdiyi villanın da müsadirə olunacağı gözlənilir.
 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR