Ölən və xəsarət alan neftçilərə ödəniləcək kompensasiyanın həcmini açıqlanıb

Ölən və xəsarət alan neftçilərə ödəniləcək kompensasiyanın həcmini açıqlanıb
13:08 8 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə, o cümlədən "Neft Daşları"nda baş vermiş bədbəxt hadisə dünyasını dəyişən, xəsarət alan neftçilərə ödəniləcək kompensasiyaların həcmi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əmək haqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək. Qeyd edib ki, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər. Bütün bunlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunla tənzimlənir.
Nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olen_ve_xesaret_alan_neftchilere_odenilecek_kompensasiyanin_hecmini_achiqlanib-909253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR