Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis "Çelsi"nin baş məşqçi postuna əsas namizəddir. "Zadəganlar"ın AVRO-2016-dan sonra italiyalı mütəxəssisə təklif göndərəcəyi bildirilir. Danışıqlar müsbət nəticələnsə, Konte bu postda Joze Mourinyonu əvəzləyəcək. Eyni zamanda, mətbuatda klub rəhbərliyinin hazırki baş məşqçi Joze Mourinyoya 2 oyunluq şans verdiyi bildirilir.
Qeyd edək ki, Antonio Kontenin İtaliya milli komandasının baş məşqçi postunda fəaliyyət müddəti 2017-ci ildə başa çatır. AVRO-2016-nın seçmə mərhələsində "Skuadra Adzurra" Azərbaycan yığması ilə eyni qrupda yer alıb.
Milli.Az