AFFA-dan klub rəsmisinə AĞIR CƏZA

AFFA-dan klub rəsmisinə   AĞIR CƏZA
13:17 8 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/8 mərhələsinin oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:


“Xəzər Lənkəran” - “Kəpəz” matçında “Xəzər Lənkəran”  klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       


AZAL - “Zirə” matçının 60-cı dəqiqəsində AZAL klubunun futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.


“Rəvan” - “Bakı” matçı başa çatdıqdan sonra “Bakı” klubunun rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur.


“Qəbələ” - “Mil-Muğan” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-dan-klub-rsmisin-t46001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR