Tolik: "Ata, daha dənizə getmə"

Tolik: "Ata, daha dənizə getmə"
13:22 8 Dekabr 2015
258 Digər
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) neft şirkətində işləyən atasından yazıb. 

Milli.Az xəbər verir ki, bir neçə gün əvvəl "Günəşli" yatağında baş verən yanğından qorxan prodüser atasının artıq çalışmasını istəmədiyini vurğulayıb:

"Atam 27 ildir, neft şirkətində işləyir. Deyirəm, ata, daha dənizə getmə. Cavab verir ki, "Mən işimi sevirəm. Neftçi olmaq, neft daşlarında ən asan işdə çalışmaq özü qürurvericidir". Amma atam gözü qarşısında olan bəzi hadisələri mənə danışdı. Çox pis oldum. Allah hamının valideynlərini qorusun. Dünyasını dəyişənlərə isə Allah rəhmət eləsin".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR