Misir Mərdanovun qardaşını işdən çıxardılar

Misir Mərdanovun qardaşını işdən çıxardılar
13:27 8 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Ramin Quluzadə bu gün nazirliyin Aparat rəhbərinin müavini İlham Cumayıl oğlu Mərdanovun vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb. Bu barədə "AzPolitika.info"ya mötəbər mənbədən məlumat daxil olub.

Qeyd edək ki, İlham Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır. O, MTN işi çərçivəsində həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın ətrafına daxil olub. Bəzi məlumatlara görə, İ.Mərdanov qanunsuzluqlara göz yumması müqabilində hər ay Vidadi Zeynalovdan 5 min manat "paket" alıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR