Tehranda Azərbaycanın-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın iclası keçiriləcək

Tehranda Azərbaycanın-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın iclası keçiriləcək
13:33 8 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 8 dekabr, AZƏRTAC 
Dekabrın 21-də Tehranda Azərbaycanın-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclası keçiriləcək.
İclasda iştirak etmək üçün Azərbaycanın iqtisadiyyat və sənaye naziri, müştərək iqtisadi komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti İrana səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə dövlət rəsmiləri ilə yanaşı bir sıra iş adamları da daxildir. Azərbaycanlı iş adamları Tehranda iranlı həmkarları ilə birgə keçiriləcək biznes forumda iştirak edəcəklər.
Qeyd edək ki, müştərək iqtisadi komissiyasının iclasında həyata keçirilən işlər nəzərdən keçiriləcək, Azərbaycan ilə İranın iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi yolları və perspektivləri müzakirə ediləcək.
Rabil Kətənov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehranda_Azerbaycanin_Iran_hokumetlerarasi_musterek_iqtisadi_komissiyanin_iclasi_kechirilecek-909267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR