Sürətli şahmat üzrə “ACP Masters” turniri davam edir

13:38 8 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İsrailin Aşdod şəhərində Şahmat Peşəkarları Assosiasiyası tərəfindən təşkil olunan sürətli şahmat üzrə “ACP Masters” turniri keçirilir. Turnirdə azərbaycanlı qrossmeyster Qədir Hüseynov da iştirak edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də ilk üç tur oynanılıb. Həmyerlimizin yer aldığı “A” qrupunda Yan Nepomnyaşşi 2,5 xalla liderlik edir. Boris Gelfand, Samuel Sevyan 2, Dmitri Yakovenko 1,5, Qədir Hüseynov 1 xal toplayıb. “B” qrupunda Vasili İvançukun 2, Etyen Bakro, Riçard Rapport, İlya Smirin və Pavel Elyanovun 1,5, Emil Sutovskionun 1 xalı var.
Bu gün dördüncü və beşinci tur oynanılacaq. Hər qrupdan iki ən yaxşı şahmatçı pley-offda mübarizəni davam etdirəcək.
Dekabrın 9-da yarımfinallar (iki partiya rapid, bərabər hesabla blits və “armaqeddon”), 10-da isə final keçiriləcək (4 partiya rapid və lazım gələrsə, tay-breyk).

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suretli_sahmat_uzre_ACP_Masters_turniri_davam_edir-909272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR