“Günəşli” yatağında həlak olan neftçilər dəfn edilib

“Günəşli” yatağında həlak olan neftçilər dəfn edilib
13:38 8 Dekabr 2015
198 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 8 dekabr, Elxan Yusifli, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu dekabrın 8-də dəfn edilib.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı Samir Mayılov Qubanın Alpan, 47 yaşlı Ağa Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı, eləcə də ətraf kəndlərin sakinləri iştirak ediblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_helak_olan_neftchiler_defn_edilib-909268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR