Azərbaycan etnosları - FOTO

Azərbaycan etnosları - FOTO
13:57 8 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

6 dekabr 2015-ci il tarixində AzTV kanalında "Parlaq zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Tamaşaçılar zəkaların "Azərbaycan etnosları" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Umat Sultanlı, sarı yolda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Ülvi Şamilov, yaşıl yolda isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Toğrul Qurbanov mübarizə apardılar. Bu mübarizənin qalibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Ülvi Şamilov oldu.

Təhsilini dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran intellekt şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edən I, II, III kurs tələbələri müraciət edə bilərlər.







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR