Hindistanda qatarın avtomobillə toqquşması 13 nəfərin ölümünə səbəb olub

Hindistanda qatarın avtomobillə toqquşması 13 nəfərin ölümünə səbəb olub
13:58 8 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Hindistanda qatar avtomobillə toqquşub. Hadisə nəticəsində avtomobildəki 13 sərnişinin hamısı həlak olub. Ölənlər arasında azyaşlı beş uşağın da olduğu bildirilir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insident dekabrın 7-də axşam saatlarında ölkənin şərqində yerləşən Carkxand ştatında baş verib. Şahidlərin sözlərinə görə, avtomobilin təkərlərindən biri dəmir yolunda ilişib. Avtomobildən çıxmağa imkan tapmayan sərnişinlər qatarın altında qalıblar.
Hüquq mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hindistanda_qatarin_avtomobille_toqqusmasi_13_neferin_olumune_sebeb_olub-909279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR