“Bakubus” - sürücü və sərnişin mədəniyyəti...

“Bakubus” - sürücü və sərnişin mədəniyyəti...
14:09 8 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

“Artıq sürücülərin və sərnişinlərin yeni sistemə adaptasiya prosesi öz axarına düşməyə başlayıb”...

“Bizim sürücülərimizdə də problem var, lakin onları da biz mövcud əmək bazarından seçirik”...

““BakuBus” MMC sırf avtobus daşıyıcısı funksiyasını yerinə yetirir”...

“Dayanacaqlar arasında məsafənin çox olması problem hesab olunmur, bu, piyada yerimək mədəniyyətinin formalaşması və sağlamlıq baxımından faydalıdır”...

“Hazırda əsas hədəf Bakının mərkəzini yeni marşrutlarla təmin etməkdir, Bakıətrafı ərazilərə yeni xətlərin açılması nəzərdə tutulmur”...

“Sürücüləri işə daimi götürmürük”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı,  "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova deyib.

 

Qonaq “BakuBus” marşrut xətləri və iş prinsipi barədə geniş məlumat verib: “"BakuBus" MMC ilkin olaraq Bakının mərkəzi küçələrini əhatə etmək şərtilə 14 marşrut xəttini işə salmağı planlaşdırmışdı. Xidmətdə olduğumuz ilk dövrlə müqayisədə bizə daxil olan problemlərin mövzusu bu gün artıq fərqlidir. Biz texniki göstəriciləri, həmçinin sərnişini təhlükəsiz avtobusla təmin etməkdən başqa, həm də təhlükəsiz idarə edən sürücülər məsələsini önə qoyduq. Bizim sürücülər mütəmadi olaraq təlimlərdən keçirilir və təlimlərin nəticəsinə uyğun olaraq avtobusları idarə edir”.

 

Nuridə Allahyarova sərnişinlərlə sürücülər arasında problemlərin yaranma səbəblərinə də toxunub: “Biz dayanacaqdan kənarda saxlamaq qadağandır prinsipi ilə yola çıxdıq. Sərnişinlər tədricən buna öyrəşəcəklər. Lakin istənilən halda, sürücüyə olan iradlar şiddətlə yekunlaşmamalıdır. Hər kəs bir-birini başa düşərsə, daha anlayışlı davranarsa, problem olmaz. Nəinki sərnişinlərin, eyni zamanda sürücülərin özlərinin də adaptasiya prosesi çox çətin keçir, bunun üçün zamana ehtiyac var”.

 

“BakuBus” rəsmisi ən çox müraciət və şikayət səbəbləri barədə də açıqlama verib: “Əsas müraciətlər müəyyən xəttin keçdiyi ərazilərlə bağlıdır, eyni zamanda dayanacaqlarla bağlı irad və müraciətlər çoxdur. Lakin "BakuBus" MMC sırf avtobus daşıyıcısı funksiyasını yerinə yetirir, biz avtobusları xidmətə təqdim edirik, marşrut xətlərinin istiqaməti isə müvafiq qurumlar, yəni Bakı Şəhər İcra hakimiyyəti və Nəqliyyat Nazirliyinin birgə razılığı əsasında müəyyənləşdirilir. Əsas çətinliyimiz sərnişinlərin bu günə qədər öyrəşdiyi avtobus xidməti forması, yəni gedəcəyi məkanın önündə avtobusu saxlatmaq istəyi və sürücünün bunu qəbul etməsidir. Bu isə digər sərnişinlərin gecikməsinə səbəb olurdu. Başqa problem isə dayanacaqların önündə icazəsiz taksi xidməti göstərən maşınların dayanmasıdır. Bu da avtobusun dayanması üçün şəraiti məhdudlaşdırır. Dayanacaqların aralı məsafələrdə olması probleminə gəldikdə isə, düşünürük ki, bu, problem deyil, sərnişinlərin hələlik aşa bilmədiyi adaptasiya problemidir”.

 

Beynəlxalq Hava Limanı istiqamətində açılmış yeni marşrut xətti barədə ətraflı məlumat verən şirkət rəsmisi bu xəttə verilmiş avtobuslarda sərnişinlərin rahatlığı üçün hər şeyin nəzərdə tutulduğunu deyib: “Artıq "Neoplan" markalı avtobuslar  sərnişinlərin xidmətindədir. Sırf turist səyahəti üçün nəzərdə tutulan bu avtobuslarda hər şərait var, içərisində təhlükəsizlik yüksək səviyyədədir. Hava Limanında Terminalın önündən hərəkətə başlayan bu avtobuslar "28 May" metro stansiyasına 30 dəqiqəlik intervalla gəlib çatır. Gediş haqqı “Bakukart” vasitəsilə ödənilir, lakin yolu və avtobusun şəraitini, 24 saat fəaliyyət göstərməsini nəzərə alaraq qiymət fərqlidir. Adətən, marşrutlarda sürücünün zövqünə uyğun musiqilər səslənirdi, bu isə tez-tez problemlərə səbəb olurdu. Hər saatın tamamında metronun “28 may ” stansiyasından hərəkət edən bu avtobuslarda 70-ci illərə aid Azərbaycan bəstəkarlarının mahnıları səsləndirilir”.

 

Marşrutlarda gediş haqqının dəyişməyəcəyini deyən Nuridə Allahyarova test xətlərlə bağlı sa sualı cavablandırıb: “Artıq 8 xətt üzrə avtobuslar fəaliyyət göstərir, hər 15 gündən test şəklində yeni marşrut xətləri üzrə avtobuslar işləyir. Nəzərdə tutulan 14 xətt Bakının mərkəzi küçələrini əhatə edəcək. Bizim bu xətləri genişləndirməklə bağlı təkliflər var, amma ilkin məqsəd olaraq mərkəzi əhatə etməkdir. Hələ ki planda arealı genişləndirmək yoxdur. Qiymətlərə gəldikdə isə, dəyişikliklər Tarif  Şurasının qərarı əsasında həyata keçirilir, bizim tərəfimizdən yalnız təklif edilə bilər. Amma hazırda 20 qəpik gediş haqqının dəyişilməsi ilə bağlı qərar yoxdur və ümumiyyətlə də gözlənilmir”.

 

Qonaq Bakının mərkəzi küçələrində avtobusların hərəkətinin məhdud olduğunu deyib: “Bakının mərkəzi küçələri həddindən artıq ensizdir və bu dar küçələrdə 18 metrlik avtobusların manevri çətindir. Biz ona görə belə böyük avtobusların xəttə buraxılmasını təkliflə etdik ki, bu, bir xətdə bir neçə avtobusun işləməsinin qarşısını alır, pik saatlarda və daha çox tələbat olan marşrut xətləri üzrə daha effektli ola bilər. Testin nəticəsi hələ məlum deyil. Hələ ki 1 saylı marşrut xətti üzrə 18 metrlik avtobusumuz həftədə bir neçə gün  test edilir”.

 

“BakuBus”ın mətbuat katibi sürücülərin işə götürülmə şərtləri barədə də məlumat verib: “Burada sürücülərin “D” kateqoriyasına malik olması, 3 il müddətində ictimai nəqliyyatın vasitəsinin idarə olunması təcrübəsi, yaşın 25-dən  aşağı olmaması, Bakı qeydiyyatının olması əsas şərtdir. Bu şərtlər əhəmiyyətlidir, çünki indiyə qədər olan qəzaların əsas səbəbkarı kimi sürücülər göstərilir. İşə qəbul vakansiyalar üzrə elan olunur, eyni zamanda SV-lər qəbul olunur. Sürücünün işə götürülməsi daim bizimlə işləyəcəyi demək deyil. Biz sürücüləri işə daimi qəbul etmirik, çünki sürücünün hansısa nöqsanı onun işdən azad olmasına səbəb ola bilər. Sərnişinlə rəftarda stabil və əsəbləri möhkəm sürücülər olmalıdır. İş saatı Əmək Müqaviləsi ilə tənzimlənir, sürücülər 8 saatlıq rejimlə fəaliyyət göstərirlər. Bu zaman “plan” dediyimiz məqamlar qətiyyən nəzərə alınmır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Nar"ın xüsusi kampaniyası davam edir

22 Sentyabr 2017 14:02

Erməni deputat: "Bakıda gəzib baxacağıq ki, erməni irsi necə qorunub”

22 Sentyabr 2017 13:59

Nizami Kino Mərkəzində yeni təyinat olub

22 Sentyabr 2017 13:57

Hacı Əliyev: "Şəxsən o insanlar məni qıcıqlandırır" - VİDEO

22 Sentyabr 2017 13:57

Bank Ombudsmanı ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu arasında görüş keçirilib

22 Sentyabr 2017 13:57

Roza Qazaxıstanda kimlə görüşüb? - FOTOLAR

22 Sentyabr 2017 13:54

Hər həftə 150 dəqiqə bunu ETSƏNİZ... - Alimlərdən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2017 13:53

Stiven Cerrard, Frenk Lempard və Hari Spidin adları İngiltərə futbolunun Şöhrət Zalına daxil edilib

22 Sentyabr 2017 13:52

"Faytonçu" Nazim efirdə jurnalistlə dalaşdı - VİDEO

22 Sentyabr 2017 13:49

ADO-da növbəti YARIÇILPAQ SƏHNƏ

22 Sentyabr 2017 13:48

Mirzə Ələkbər Sabirin ev muzeyi sökülüb

22 Sentyabr 2017 13:47

"Sabah Qarabağda müharibə başlaya bilər"

22 Sentyabr 2017 13:46

Milli Məclisdə çıxış edən erməni deputat: “Anam bakılıdır, şəhəri bir az tanıyıram”

22 Sentyabr 2017 13:42

Hicran Hüseynova: "Məişət zorakılığından əziyyət çəkən insanlar üçün yeni müəssisələr tikilməlidir"

22 Sentyabr 2017 13:42

Azərbaycanlı modellərin açıq-saçıq

22 Sentyabr 2017 13:40

Struktur islahatlarından sonra Nazirlər Kabinetindəki şöbə müdirlərinin TAM SİYAHISI

22 Sentyabr 2017 13:39

Xəstənin ağciyərini 5 santımetrlik kəsikdən çıxartdılar - AZƏRBAYCAN TİBBİNİN UĞURLARI

22 Sentyabr 2017 13:38

Avroviziya təmsilçimizdən İDDİALI FOTOLAR

22 Sentyabr 2017 13:33

SOCAR “Qarabağ” yatağında dəniz özülünün yerini müəyyənləşdirib

22 Sentyabr 2017 13:32

Azər Axşam: "Yorulmuşam, baxırsan ki, təklif gəlir..."

22 Sentyabr 2017 13:30

Nyu-Yorkda GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib

22 Sentyabr 2017 13:27

Azərbaycan Mərkəzi Bankı xususi monetar islahatlar proqramı hazırlayıb

22 Sentyabr 2017 13:27

Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı XƏBƏRDARLIQ

22 Sentyabr 2017 13:24

İrandan yeni raket açıqlaması

22 Sentyabr 2017 13:21

Erməni deputatlar Bakıya səfəri haqqında: "Bunlar bizi məmnun edib"

22 Sentyabr 2017 13:19

Sabah Qarabağda müharibə başlayacaq - Erməni MƏNBƏLƏRİ

22 Sentyabr 2017 13:18

Azərbaycanlı ÇSKA - "Mançester Yunayted" oyununda

22 Sentyabr 2017 13:17

Elnarə onu tənqid edənlərə CAVAB VERDİ: “Qıcıq yaradıram”

22 Sentyabr 2017 13:13

Bakı küçələrinə atılan qanlı torbalar nədir?

22 Sentyabr 2017 13:12

Maşının vurduğu piyada 2 ay sonra öldü

22 Sentyabr 2017 13:09

Erməni deputat Bakıda Qarabağ müzakirələrinə etiraz etdi

22 Sentyabr 2017 13:08

İradə İbrahimova yenidən Bakıya və sənətə qayıtdı - FOTOLAR

22 Sentyabr 2017 13:04

Qadın toyuna minlərlə avro xərclədi - ÖZÜ İLƏ EVLƏNİR - FOTOLAR

22 Sentyabr 2017 13:03

“Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq” - Məleykə Abbaszadə

22 Sentyabr 2017 12:59

"Qarabağ" "Sumqayıt"a qarşı - YENİLƏNİR

22 Sentyabr 2017 12:57

Azərbaycandakı sosial müəssisələrdən birində iki yeni ştat yaradılıb

22 Sentyabr 2017 12:57

"Qarabağ"ın rəqibləri arasında 62 milyonluq transfer - RƏSMİ

22 Sentyabr 2017 12:57

25 il əvvəl dünyasını dəyişən məşhur musiqiçinin holoqramması turneyə çıxacaq

22 Sentyabr 2017 12:57

AFFA Bakı klubunu sevindirdi

22 Sentyabr 2017 12:57

BAKI: Müğənni ilə jurnalist arasında efirdə dava

22 Sentyabr 2017 12:56

Şimşək və yağış - Nazirlikdən XƏBƏRDARLIQ

22 Sentyabr 2017 12:54

Sabahdan hava soyuyacaq: yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

22 Sentyabr 2017 12:53

AZAL təhlükəsizlik plombları alacaq

22 Sentyabr 2017 12:52

Avtobus sürücüsünü döyən şəxs tutuldu

22 Sentyabr 2017 12:49

Qəzaya düşən avtomobillər bizə belə satılır...

22 Sentyabr 2017 12:49

Sürətlə arıqladan ARPA YARMASI PƏHRİZİ - İnanılmaz NƏTİCƏ

22 Sentyabr 2017 12:48

Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq

22 Sentyabr 2017 12:47

Yer kürəsinin SİRLİ YERLƏRİ – buralara mütləq getmək lazımdır

22 Sentyabr 2017 12:43

SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb

22 Sentyabr 2017 12:42

Almaniya parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək

22 Sentyabr 2017 12:42