Azərbaycan Müəllif Hüquqları Agentliyi nəzarət markalarının tətbiqinə başlamağa hazırlaşır

Azərbaycan Müəllif Hüquqları Agentliyi nəzarət markalarının tətbiqinə başlamağa hazırlaşır
14:11 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Müəllif Hüquqları Agentliyi gələn ildən etibarən müəllif hüququ obyektlərinin nəzarət markaları ilə təchiz edilməsinə başlayacaq.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, artıq agentliyin markalama sistemi tam hazırdır.
 
"Biz müəllif hüququ obyekti olan incəsənət və mədəniyyət əsərlərinin və digər məhsulların qorunması üçün nəzərdə tutulmuş nəzarət markalarının tətbiqinə tam hazırıq. Hazırda bu markaların tətbiqi ilə bağlı  işçi heyəti üçün treninqlər keçirilir", - deyə agentliyin rəhbəri Kamran İmanov bildirib.



Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40198-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR