"Ohanyan başını itirib və aciz durumdadır" - Nazirlik

"Ohanyan başını itirib və aciz durumdadır" - Nazirlik
14:14 8 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Müdafiə NazirliyiErmənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair açıqlamasına cavab verib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, S. Ohanyanın ədəb-ərkandan danışdığı halda qeyri-etik ifadələr işlətməsi çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir: “Ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini Seyran Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır. Uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünün də zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da Seyran Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin biri olmasının göstəricisidir. Onun açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birinin hərəkətinə bənzəyir. Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə, acizliyin göstəricisidir. Çünki ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır”.

 

Qeyd olunub ki, Azərbaycanın Müdafiə Nazirliyi S.Ohanyanın bu fikirlərini psixoloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirir: “Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar. Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”.

 

Qeyd edək ki, S. Ohanyan cəbhədəki son vəziyyətlə bağlı Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR