Salyanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Salyanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
14:17 8 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT. AZ / Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 51-ci kilometrliyində rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Salyanın Noxudlu kənd sakini, 24 yaşlı Tərlan Nəbi oğlu Məmmədov idarə etdiyi "Vaz-2107" markalı avtomobillə hərəkətdə olarkən digər "Vaz-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Tərlan Məmmədov və digər "Vaz-2107" markalı avtomobildə olan Salyan sakinləri, 52 yaşlı Samid Səməd oğlu Həsənov və onun 14 yaşlı oğlu Rəsul Samid oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/salyanda-3-neferin-yaralanmasi-ile-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR