Almeyda "Anderlext"lə oyunu buraxa bilər

Almeyda "Anderlext"lə oyunu buraxa bilər
14:22 8 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Anderlext”lə qarşılaşacaq "Qarabağ" daha bir itki ilə üzləşib.


Qol.Az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından olan Riçard Almeyda zədələnib.


Məşq zamanı zədələnən braziliyalı yarımmüdafiəçi bu səbəbdən Premyer Liqamızın ötən turunda "İnter"lə oyunu buraxıb.


Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-a açıqlamasında deyib ki, Almeyda komanda ilə birlikdə Belçikaya aparılacaq. Ancaq onun meydana çıxıb-çıxmayacağı hələlik bilinmir.


Digər zədəli futbolçu Ansi Aqollinin də "Anderlext"lə görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.


Xatırladaq ki, dekabrın 10-u keçiriləcək "Anderlext" - "Qarabağ" matçı saat 00:05-də başlayacaq. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-almeyda-quotanderlextquotl-oyunu-buraxa-bilr-t46004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR