​"Access Bank" iri filialların yaradılmasına başlayıb

​"Access Bank" iri filialların yaradılmasına başlayıb
14:32 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ "Access Bank" QSC artıq Azərbaycanda bir sıra kommersiya banklarının da həyata keçirdiyi filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, optimallaşdırma dünya və ölkə iqtisadiyyatında baş verən iqtisadi proseslər fonunda idarəetmənin effektivliyini təmin etmək və inzibati xərcləri azaltmaq məqsədi daşıyır.
Optimallaşdırma siyasətinə əsasən, Bakıdakı iki filial - "Bülbül" və "Xalqlar dostluğu" filialları dekabr ayının 15-dən etibarən "Xaqani" filialına, Sumqayıt şəhərində fəaliyyət göstərən "Sülh" filialı isə gələn ildən daha geniş ofisdə yerləşən "Sumqayıt" filialına birləşdiriləcək.
Bundan başqa, Gəncə şəhərindəki "Gəncə" və "Nizami" filialları "Gəncə" adı altında birləşəcək və Mirzə Abbaszadə küçəsində yerləşən yeni, daha geniş ofisə köçürüləcək. Yeni ofis gələn ildən fəaliyyətə başlayacaq.
"Bank sektorundakı inkişaf tendensiyası texnologiyalaşma istiqamətində gedir. Əvvəllər, müştərilər birbaşa xidmətə üstünlük verirdilərsə, indi onlar İnternet Bankçılıq, ödəniş terminalları və digər özünəxidmət vasitələrindən fəal şəkildə istifadə edirlər. "Access Bank", bank sektorunun liderlərindən biri kimi, hər zaman bazarın tələblərinə uyğunlaşmağa çalışır, buna görə də Bank yeni konseptual filiallar açıb və acmaqda davam edir. Kiçik filiallar bağlanaraq, müştərilər üçün daha rahat ünvalarda və yeni konsepsiya ilə müştərilərin xidmətinə verilir. Filialların optimallaşdırılması biznesin daha effetkiv idarə olunması məqsədi daşıyır", - deyə Bankdan bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/access-bank-iri-filiallarin-yaradilmasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR