Həlak olan, xəsarət alan neftçilərə ödəniləcək kompensasiyanın həcmi açıqlanıb

14:37 8 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əməkhaqqı 600-650 manat olan, dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək.
O qeyd edib ki, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər. Bütün bunlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunla tənzimlənir.
Nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/helak-olan-xesaret-alan-neftcilere-odenilecek-kompensasiya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR