Aparıcı Yusif efirdə ağladı

Aparıcı Yusif efirdə ağladı
14:37 8 Dekabr 2015
279 Digər
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Yusif Ağayev aparıcısı olduğu "10dan sonra" verilişində "Günəşli" yatağında dünyasını dəyişən bir neftçinin oğlunun və özünü taleyinə ağladı. 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcının özü üçün axıtdığı göz yaşı səbəbsiz deyildi. Faciəli şəkildə dünyasını dəyişən neftçilərdən biri həmin gün övladının doğum gününü təbrik etməli idi. Amma evə onun özü yox, ölüm xəbəri gəldi. Hər il övladı atasının işdən evə gəlib onu təbrik edəcəyini gözləyirdi. Dekabrın 5-i atası övladının gözünü qapıda qoydu. Bu faciəni nəql edən Yusif Ağayevin gözünün yaşı sel kimi axdı. Bəlli oldu ki, neftçinin körpə övladı ilə o, eyni taleyi yaşayıb.

Bu barədə verlişdən sonra teleaparıcı açıqlama verib:

"3 yaşım olanda atam dünyasını dəyişdi. Həmin gün dekarın 28-nə təsadüf edirdi. O gün həm də mənim doğum günüm idi. Gözüm yolda qaldı, atamın təbrikini gözləyirdim, amma dünyada yox idi. Neftçinin övladı ilə eyni taleyi yaşamışıq. Bunu eşidəndə, özümü pis hiss elədim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR