"Adadan başlayan yol" filminin nümayişi olub

"Adadan başlayan yol" filminin nümayişi olub
14:39 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Vətənpərvərlik kinosu günləri” çərçivəsində Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş “Adadan başlayan yol” filminin nümayişi olub. Lent.az-ın məlumatına görə, film Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rejissor Yalçın Verdiyev tərəfindən lentə alınıb. Tədbirdə çıxış edən polkovnik Rəhim Səmədov qeyd edib ki, Vətəni müdafiə etmək hər bir azərbaycanlının borcudur. O, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinin vacib olduğunu vurğulayıb. Rasim İbrahimovun atası Səxavət İbrahimov və döyüş dostları Milli Qəhrəman haqqında xatirələrini bölüşərək vurğulayıblar ki, təhlükəyə meydan oxuyan Rasim çox cəsur, vətənpərvər və nəcib insan olub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman deyib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş fədakar Vətən oğullarının xatirəsi daim yaşayacaq.

Sonda Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş sənədli film nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR