Azərbaycan gömrük orqanlarının inkişaf etdirilməsində BMT ilə əməkdaşlığı davam etdirəcək

Azərbaycan gömrük orqanlarının inkişaf etdirilməsində BMT ilə əməkdaşlığı davam etdirəcək
14:43 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bernardus Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

DGK Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan DGK sədri Aydın Əliyev diplomatın respublikamızda səmərəli fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar arzulayıb.

1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlayan Komitə sədri bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin birmənalı olaraq bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan gömrük xidmətinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirdiyi işlərin real nəticələrlə müşahidə olunduğunu məmnunluq hissi ilə dilə gətirib.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xoş sözlərə və səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkürünü bildirən Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bernardus Broek müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılıqla söhbət açıb.

BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirən qonaq gələcək perspektivlər barədə də danışıb, layihənin növbəti mərhələsinin Azərbaycan-Gürcüstan sərhədində - “Sınıq Körpü” gömrük-sərhəd keçid məntəqəsində həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2466833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR