"Keyxanım"la "Toppuş bacı" rejissorluq edib

"Keyxanım"la "Toppuş bacı" rejissorluq edib
15:06 8 Dekabr 2015
34 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Ülviyyə Əliyeva yeni seriala çəkilir.

Axşam.az-ın məlumatına görə, “Keyxanım” kimi tanınan aktrisanın yeni ekran işi “Əntiqə rəfiqələr” adlanır.

Ü.Əliyeva tərəf müqabilinin əməkdar artist Tünzalə Əliyeva olduğunu bildirib:

“Bu bizim Toppuş bacıyla, yəni Tunzalə ilə birlikdə ilk müstəqil işimizdir. Yəni birinci dəfədir ki, biz heç bir televiziyanın, prodakşının, komandanın tərkibində olmadan, müstəqil şəkildə ikimiz birlikdə bir iş araya-ərsəyə gətirməyə çalışmışıq. Elə “Əntiqə rəfiqələr”in ideyası da Tunzalə xanıma məxsusdur. Serialda əsasən iki rəfiqənin başına gələn maraqlı, gözlənilməz, gülməli hadisələrlə dolu əhvalatlar baş verir. Ümid edirik ki, bizim bu yeni işimiz də sevimli tamaşaçılarımızın rəğbətini qazanacaq. Paraelel olaraq Musiqili Teatrda da işlərimi davam etdirirəm. Hazırda xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” komediyasında Anaxanım obrazını məşq edirəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR