Mərkəzi Klinik Xəstəxanada daha bir körpənin həyatı xilas edilib

Mərkəzi Klinik Xəstəxanada daha bir körpənin həyatı xilas edilib
15:13 8 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC 
Mərkəzi Klinik Xəstəxananın yenidoğulmuşlar cərrahiyyəsi bölməsində 1800 qram çəki ilə doğulmuş körpə uğurla əməliyyat olunub.
Bətndaxili ultrasəs müayinəsində pilor atreziyası (mədə çıxışının bağlı olması) diaqnozu qoyulan və 34 həftəlik hamiləliklə normal doğuşla dünyaya gələn körpə sonra Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.
Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, aparılan müayinələrdən sonra diaqnoz təsdiqlənib və uşaq cərrahı Fuad Hüseynov tərəfindən körpə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat uğurla başa çatıb. Hazırda körpə evdədir və vəziyyəti normaldır.
Qeyd edək ki, pilor atreziyası diaqnozu ilə doğulan uşaqlara dünyada nadir halda rast gəlinir. Hər 100 min uşaqdan biri bu xəstəliklə doğula bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR