“Desmond” qasırğası Böyük Britaniyada mindən çox evi su altında qoyub

“Desmond” qasırğası Böyük Britaniyada mindən çox evi su altında qoyub
15:13 8 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
“Desmond” Atlantik qasırğası Böyük Britaniyada son yüz ilin ən güclü daşqınlarına səbəb olub. Hökumətin onlarla milyon funt sterlinq xərclədiyi bəndlər daşqınların qabağını ala bilməyib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, daşqınlardan ən çox zərər çəkən Kambriya qraflığında bir gecədə aylıq norma qədər leysan yağıb. Bir sıra yaşayış məntəqələrində su evlərin damlarına qədər qalxıb, 60 min nəfər işıqsız qalıb. Hazırda bəzi rayonlara yalnız qayıqla getmək mümkündür. Məktəb və universitetlərin ilin sonunadək bağlandığı bildirilir. Biznes çöküb, sığortaçılara 500 milyon funt-sterlinq ödəmək lazım gələcək.
“Desmond” qasırğası Norveçdə də ciddi dağıntılara səbəb olub. Ölkənin cənub-qərbindəki çaylarda suyun səviyyəsi bir neçə metr yüksəlib. Təbii fəlakət nəticəsində bəzi avtomobil yolları bağlanıb, yüzlərlə insan təxliyə edilib.
 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR