Avropa İttifaqının ali nümayəndəsindən prezidentə BAŞSAĞLIĞI

Avropa İttifaqının ali nümayəndəsindən prezidentə BAŞSAĞLIĞI
15:14 8 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentiFederika Mogerini dekabrın 4-də “Günəşli” yatağında baş verən qəza ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

 

APA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, məktubda o, ciddi xəsarətlər və həyat itkisi ilə nəticələnən hadisədən dəhşətə gəldiyini ifadə edib.

 

F. Mogerini Aİ adından faciə qurbanlarının ailələrinə və dostlarına səmimi başsağlığı verib, itkin düşmüş şəxslərin taleyi ilə bağlı narahatlığını ifadə edib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR