DGK sədri BMT-nin rezident əlaqələndiricisini qəbul edib

DGK sədri BMT-nin rezident əlaqələndiricisini qəbul edib
15:22 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT. AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, DGK sədri A.Əliyev diplomatın ölkədə səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında DGK-nin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması Layihəsinin uğurla davam etdiyini xatırlayan Komitə sədri bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına müsbət təsirindən danışıb.
Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının DGK-yə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Qəbula görə DGK sədri A.Əliyevə təşəkkürünü bildirən A.Bruk Azərbaycan gömrük orqanlarının inkişaf tendensiyasından razılıqla söhbət açıb. BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirən qonaq gələcək perspektivlər barədə də danışıb, layihənin növbəti mərhələsinin Azərbaycan-Gürcüstan sərhədində - “Sınıq Körpü” gömrük-sərhəd keçid məntəqəsində həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/komruk-komitesinin-sedri-bmt-nin-rezident-elaqelendiricisini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR